Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti 144 meqapiksellik kameraya malik smartfon təqdim edəcək


“Samsung” şirkəti yüksək təsvir ölçülü kameralar hazırlamaq üçün yeni texnoloji prosesdən istifadə etmək niyyətindədir. İstehsalçı 144 meqapiksellik kamera ilə təchiz edilmiş smartfon çıxarmağa hazırlaşır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, bu haqda “Twitter” sosial şəbəkəsində “Ice Universe” mikrobloqunda məlumat verilib. Dərc edilmiş slaydlardan məlum olur ki, şirkət 14 nanometrlik texniki prosesə keçidə hazırlaşır. Sənədin müəllifləri əmindirlər ki, Cənubi Koreya şirkəti 144 milyon piksel təsvir ölçülü kameranın hazırlanmasına fokuslanmalıdır. Sensor aşağı enerji istehlakına malik “FinFET” tranzistorlarına əsaslanacaq.

 

Lakin belə kamera ilə təchiz edilmiş smartfonun çıxarılma tarixi haqqında, hələ ki, məlumat yoxdur. Hazırda “Xiaomi”nin smartfonunun kamerası rekord təsvir ölçüsünə malikdir: 108 meqapiksellik kameraya malik “Mi Note 10” aparatı noyabrda təqdim edilib.

 

Emil Hüseynov






17/12/19    Çap et