Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IoT” qurğularının mobil şəbəkələrə qoşulma sayı 2,3 milyardadək artacaq


“Strategy Analytics” tədqiqat şirkətinin proqnozuna görə, 2025-ci ilədək “Əşyaların interneti (IoT)” avadanlığının mobil şəbəkələrə qoşulma sayı 2,3 milyarda yaxınlaşacaq ki, bunun da 33%-i “5G” texnologiyasının payına düşəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, hələ ki “2G” və “4G” standartları üstünlük təşkil edir: “IoT” qurğularının mobil şəbəkələrə qoşulmasında sözügedən standartların payı 78% təşkil edir. 2020-ci illərdə “5G” şəbəkələri ilk pillədə qərarlaşacaq.

 

Həmçinin proqnoza görə, 2025-ci ilədək “IoT” avadanlığının mobil şəbəkələrə qoşulma sayı üzrə ən böyük göstərici avtomobil sektorunun payına düşəcək. İkinci yeri sənaye (15%), üçüncü yeri isə kommunal sektoru və nəqliyyat sahəsi (hər biri 12%) tutacaq.

 

Emil Hüseynov






18/12/19    Çap et