Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstənilən səthi sensor səthə çevirən yeni ultrasəs texnologiyası təqdim edilib


Ultrasəs skanerləri artıq barmaq izi datçikləri kimi istifadə olunur, lakin “UltraSense Systems” şirkətinin mühəndisləri populyar texnologiyanı təkmilləşdiriblər. Şirkətin məlumatına görə, yeni həll istənilən səthi (şüşə, metal, ağac və ya plastik) sensor səthə çevirməyə imkan verir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, istehsalçının məlumatına görə, “TouchPoint” adlandırılmış kiçikölçülü çip hər cür hazır həllər yaratmağa imkan verir. Şirkətin nümayəndələri iddia edirlər ki, texnologiya toxunuşu qeydə almaq üçün ultrasəsdən istifadə edir, səthin çirklənmə səviyyəsindən asılı olmayaraq istənilən sıxlıqlı materiallarla işləyə bilir.

 

Tərtibatçıların məlumatına görə, aşağı enerji istehlakına malik ultrasəs datçiki əsasında işləyən sensor interfeyslər asanlıqla “ağıllı” saat, artırılmış və virtual reallıq üçün avadanlıqlara inteqrasiya edilə, həmçinin avtomobillərdə istifadə edilə bilər.

 

Emil Hüseynov






19/12/19    Çap et