Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Baş İstintaq İdarəsinin tərkibində yeni bölmənin – yüksək texnologiyalar sahəsində kibercinayətlərin və cinayətlərin araşdırılması üzrə şöbənin yaradılması ilə bağlı əmr imzalayıb. Qərar son illər Rusiyada kibercinayətlərin sayının artması ilə əlaqədar qəbul edilib. Bu barədə komitənin məlumatında deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab." resursuna istinadən yazır ki, yeni şöbənin müstəntiqləri xüsusi spesifikliyi ilə seçilən bu kateqoriyalı cinayətlərin araşdırılmasında ixtisaslaşacaqlar.
Məlumata görə, kibercinayətlər araşdırılması baxımından xüsusi mürəkkəbliyi ilə fərqlənir ki, bu da onların təkcə öz spesifikliyi və qeyri-aşkarlığı ilə deyil, həm də regionlararası və beynəlxalq xarakter daşıması ilə əlaqədardır.
Son illər cinayətlərin vəziyyətinin monitorinqinin nəticələri kompüter informasiyası sahəsində cinayətlərin sayının artdığını göstərir. Məsələn, 2018-ci ildə Rusiyada belə kiberhücumların sayı 170 min olduğu halda cari ilin üç rübü ərzində bu rəqəm 200 min təşkil edib.
Nizam Nuriyev