"Apis Cor" şirkəti dünyanın ən böyük 3D çap binasının – Dubayda inzibati kompleksin inşasını bitirib. Bu haqda şirkətin mətbuat xidmətindən məlumat verilib.
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, sahəsi 640 kv.metr və hündürlüyü 9,5 metr təşkil edən ikimərtəbəli bina bir ədəd 3D printerin köməyi ilə inşa edilib. Binanın tikintisində üç inşaatçı iştirak edib, onlar printerin işini izləyiblər və konstruksiyanın bəzi hissələrini əllə qurublar.
Binanın tikinti prosesi təxminən üç həftə çəkib.
Emil Hüseynov