Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2015-ci ilə qədər “bulud” texnologiyasına 73 milyard dollar xərclənəcək


“Bulud” texnologiyalarının inkişafı əhəmiyyətli dərəcədə investisiya tələb edir. İDC şirkətinin analitiklərinin gəldiyi qənaətə görə, "bulud" texnologiyasına 2015-ci ilə qədər dünyada 73 milyard dollar xərclənəcək. "Bulud texnologiyaları digər qabaqcıl texnologiyaların, həmçinin mobil qurğuların, simsiz şəbəkə, məlumatların analitikliyinin inkişafı ilə birbaşa bağlıdır.
O, meynfreym və fərdi kompyuterlərin taleyini təkrarlamaq imkanına malikdir "- deyə İDC-nin analitiki Frenk Qens bildirib. O hesab edir ki, “bulud” hesablamaları İT sahəsində işləyən bütün şirkətlər üçün praktik olaraq inkişafın strateji istiqamətidir. İDC-nin dərc edilmiş məruzəsinə əsasən indi müxtəlif istiqamətli “bulud” xidmətlərinin inkişafına xərclənən vəsait sürətlə artır. İDC analitikləri əmindir ki, informasiya texnologiyalarının büdcəsinə yazılmış hər 7-ci dollar 2015-ci ilədək proqram təminatına, “bulud” hesablamaları üçün lazım olan informasiya və serverin saxlanılması sistemlərinə xərclənəcək. Frenk Qens həmçinin əlavə edib ki, indi bazarın bu sahəsində “oyunçu”ların ələnməsi gedir və bu təbii seçimin qalibləri bütövlüklə dünya İT sənayesinin inkişafına təsir etmək imkanını əldə edəcəklər.




21/06/11    Çap et