Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni texnologiya 3D çapın sürətini 1-10 min dəfə artırır


Honkonq Çin Universitetinin alimləri tərəfindən hazırlanmış yeni texnologiya 3D çapın sürətini 1-10 min dəfə artırır. Bundan başqa, o, əşyaların istehsal dəyərini aşağı salır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, yüksək dəqiqlikli 3D çap texnologiyası çox dəqiq biotibb və foton qurğularının istehsalında vacib bir metod hesab edilir. Ancaq bu texnologiya çox ləng işləyir, buna görə Honkonq Çin Universitetinin maşınqayırma və avtomatlaşdırma kafedrasının alimləri onu sürətləndirməyi və təkmilləşdirməyi təklif ediblər.

 

Onlar müvəqqəti fokuslama vasitəsilə lazer spektrini sürətləndirmək yolu ilə bu problemi həll ediblər. Bu zaman çap prosesi nöqtəbənöqtə deyil, qat-qat icra olunur. Yeni texnologiya sürəti 1-10 min dəfə artırır və materiallara xərcləri 98% aşağı salır.

 

Emil Hüseynov






24/12/19    Çap et