Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonu gecə vaxtı şarj etmək təhlükəlidir


Gecə vaxtı şarjda qalmış smartfonun akkumulyatoru daha tez sıradan çıxır. Bu haqda “Business Insider” nəşri yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, məlumata görə, tamamilə enerji ilə doldurulmuş cihazın şəbəkə adapterinə qoşulu qalması batareyanın kimyəvi tərkibinin daha sürətli dəyişilməsinə səbəb olur ki, bu da onun istismar müddətinə mənfi təsir göstərir.

 

“BatterieIngenieure” şirkətinin nümayəndəsi Dominik Şulte iddia edir ki, bütün əsas istehsalçıların smartfonlara əlavə müdafiə quraşdırmasına baxmayaraq, akkumulyatorun sıradan çıxması baş verir.

 

“Google”un nümayəndəsi “Business Insider” nəşrinə deyib ki, batareya istehsalı və optimallaşdırılması üzrə müasir texnologiyanı nəzərə alsaq, bu tezis köhnəlib. “Smartfonun akkumulyatoru 100% enerji topladıqda, enerji doldurma qurğusu cərəyanın verilməsini dayandırır" – korporasiyanın nümayəndəsi izah edib.

 

Emil Hüseynov






26/12/19    Çap et