Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Orta səviyyəli smartfonlar üçün “MediaTek Dimensity 800” çipseti təqdim edilib


Bu gün “MediaTek Communication Conference”də orta səviyyəli smartfonlar üçün nəzərdə tutulmuş yeni “MediaTek Dimensity 800” çipseti təqdim edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ilenta.com” saytına istinadən yazır ki, şirkət yeni çipin bütün əsas texniki xüsusiyyətlərini açıqlayıb və onun əsasında işləyəcək ilk smartfonların bazara çıxarılma müddətini elan edib.

 

“Dimensity 800” prosessoru 2,6 QHs takt tezlikli 4 ədəd məhsuldar “Cortex-A77” nüvəsi və 2,2 QHs takt tezlikli 4 ədəd enerjiyə qənaətcil “Cortex-A55” nüvəsi ilə təchiz edilib.

 

Çip “GPU Mali-G77 MP9” qrafik prosessoru ilə təchiz edilib. Prosessora, həmçinin “Helio M70 5G” modemi inteqrasiya edilib. Bu modem kiçikölçülüdür, eyni zamanda dünyada 4,7 Qbit/s buraxılış qabiliyyətinə malik ən səmərəli və sürətlidir, avtonom və qeyri-avtonom şəbəkələri dəstəkləyir.

 

Emil Hüseynov






26/12/19    Çap et