Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mühəndis “Linux” sistemilə işləyən vizitka formasında mikrokompüter hazırlayıb


Quraşdırılan sistemlər üzrə mühəndis Corc Hilliard kağız parçasını “Linux” sisteminin idarəetməsi altında işləyən kompüterə çevirməyə qərar verib. Belə vizit kartını kənar daşıyıcı kimi istifadə etmək olar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, sözügedən vizit kartının məhsuldarlığını kompüter nöqteyi-nəzərindən qiymətləndirsək, o, “Raspberry Pi” və ya “Orange Pi”dən zəifdir. Karta az sayda radiokomponent və mikrosxem quraşdırılıb, amma istehsalçının fikrincə, sxemin konsepsiyasını dəyişdirməklə onun məhsuldarlığını asanlıqla artırmaq mümkündür.

 

Karta 8 MB tutumunda daşıyıcı quraşdırılıb, məhz yaddaşın bu bölməsi kiçik tutumlu proqramların quraşdırılması üçün istifadə edilə bilər. “Linux”un öncədən quraşdırılmış versiyasını yükləmək üçün isə vizit kartı daxili USB konnektoru vasitəsilə kompüterə qoşmaq kifayətdir.

 

İstehsalçı öz yeniliyini 2,88 dollar məbləğində qiymətləndirib.

 

Emil Hüseynov






27/12/19    Çap et