Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerətrafı asteroidlərin izlənilməsi üçün missiya buraxılacaq


ABŞ Kosmik Agentliyinə (NASA) yerətrafı asteroidlərin izlənilməsi üzrə missiya üçün maliyyələşmə ayrılıb. “Near-Earth Object Surveillance Mission” adlı missiya nəzəri baxımdan Yer kürəsinə ziyan vura biləcək asteroid və kometaların axtarışı və uçuş trayektoriyalarının müəyyənləşdirilməsi ilə məşğul olacaq. Bu barədə kosmik agentliyin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, 2025-ci ildən etibarən həyata keçiriləcək “Near-Earth Object Surveillance Mission” infraqırmızı kosmik teleskopun buraxılışını nəzərdə tutur. Onun əsas vəzifəsi asteroidlərin, o cümlədən uçuş trayektoriyası planet üçün təhlükə törədən qalaktikalararası asteroidlərin axtarışından ibarət olacaq.

 

Missiyanın əsasını “Discovery” dərəcəli planet missiyalarının seçilməsi üzrə müsabiqənin qalibi olan “NEOCam” layihəsi təşkil edir.

 

Dekabrın 17-də missiya üçün 22,63 milyard dollar məbləğində maliyyələşmə ayrılıb. İlkin mərhələdə agentliyə teleskopun tikintisinə sərf olunacaq 35,6 milyon dollar təqdim ediləcək.

 

Nizam Nuriyev






28/12/19    Çap et