“Cisco” və “Telia” şirkəti “DreamHack” festivalında 120 Qbit/s qoşulma sürəti olan əlaqə imkanı təqdim edib. Bu barədə “Engadget” nəşri yazıb. Onlar nəticəni “Ginnesin rekordlar kitabı”na salmaq istəyiblər.
Yençepinq və Stokholm şəhərləri arasında belə şəbəkə yaratmaq üçün təxminən, 6 ay ərzində 50 şəxsin səyi və 6,5 milyon dollar dəyərində avadanlıq lazım olub. “Cisco” və “Telia” nümayəndələrinin sözlərinə əsasən, şəbəkə 750 min istifadəçiyə eyni anda musiqiyə qulaq asmağa imkan yaradacaq. Yaxud filmi 0,047 saniyə ərzində yükləmək olar. Yeni şəbəkədə, məsələn, 1,3 milyard çinli eyni anda maneəsiz videozəng edə bilərdi.