Hər ilin sonunda populyar “Popular Science” jurnalının müəllifləri ən yaxşı texnologiyanı müəyyənləşdirirlər. Bu dəfə qlobal istiləşmənin qarşısını alaraq planeti təmizləmək qabiliyyətinə malik süni ağaclar bu nüfuzlu mükafata layiq görülüb.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, süni ağac Arizona Universitetinin professoru Klaus Layner və “Silicon Kingdom Holdings” şirkətinin dəstəyi ilə onun iş yoldaşları tərəfindən hazırlanıb. Klausun sözlərinə görə, bu, dünyada ilk passiv birbaşa hava çəkmə texnologiyasıdır.
“MechanicalTree” – bu, tamamilə hazır kommersiya məhsuludur. 1200 belə ağacdan ibarət meşə havanı daha çox karbon qazından təmizləmək imkanına malikdir.
2020-ci ildə belə ağacların mərhələli əkilməsi planlaşdırılıb.
Emil Hüseynov