Məlum olub ki, Çinin “Beydou-3” (ABŞ-ın “GPS” texnologiyasının analoqu) peyk naviqasiya sisteminin hazırlanması 2020-ci ilin birinci yarısında son iki peykin buraxılışından sonra başa çatacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, layihənin direktoru Ran Çensi jurnalistlərə açıqlayıb ki, mövqeyi təyinetmə sisteminin nüvəsi üzərində işlər bu ay başa çatdırılıb. “Beydou-3” qruplaşmasına 24 peyk daxil olacaq.
Onun sözlərinə görə, sistem yüksək effektivlik göstəricilərinə malikdir, yeni texnoloji sistemlər, yüksək lokalizasiya, geniş şəbəkədən ibarətdir və çoxlu sayda istifadəçini əhatə edir".
“Beydou-3” sistemi üzərində aparılan işlər 2020-ci ilin iyununda tamamilə başa çatacaq.
Emil Hüseynov