Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
100 nüvəli prosessor
Yeni mikroprosessor istehsalçısı “Tilera” bu gün 100 nüvəli yeni mərkəzi prosessor (CPU) haqda məlumat verib. Şirkət yeni prosessorların bazar liderləri – “İntel” və “Advanced Micro Devices” ilə müvəffəqiyyətlə rəqabət aparmağa qadir olacağına ümid edir. “Tilera”dan bildiriblər ki, 100 nüvəli “TileGX-3100” çipləri kifayət qədər az elektrik enerjisi sərf edir. Prosessorların verilənlər bazası idarə sistemi qurulmuş serverlərdə, veb serverlərdə istifadə edilə bilər.
“Tilera” 100 nüvəli çiplərin hazırlanmasında əməkdaşlıq edən şirkətlərin adlarını açıqlamayıb.
“TileGX-3100” prosessorları 1-dən 1,5 QHz-ə qədər tezliklərdə işləyir və cəmi 48 Vatt enerji sərf edir. “Tilera” iddialarına əsasən, təqdim edilmiş çiplər “İntel” və AMD istehsalının prosessorları ilə müqayisədə az enerji sərf edərək bir dövr üzrə daha çox əməliyyat emal edə bilmə imkanına malikdir.
İndi çip istehsalçıları məhsuldarlıq göstəricilərinin yaxşılaşması üçün yeni hesablama nüvələrinin əlavə edilməsi strategiyasını seçiblər. Hal-hazırda bütün dünya üzrə məlumat mərkəzlərində “İntel” çipləri üstünlük təşkil edir. AMD şirkəti 12 nüvəli “Opteron” prosessorları ilə seçilir. Bu il AMD 16 nüvəli prosessor istehsal etməyi planlaşdırır.
22/06/11 Çap et