Azərbaycanda 3G xidmətləri ilə bağlı texniki problemlər yaxın 1-2 həftə ərzində həll olunacaq. Abunəçilər yaxın vaxtlarda yüksək keyfiyyətli 3G xidmətlərindən istifadə edə biləcəklər. Xatırladaq ki, 2009-cu ildə Azərbaycanda ilk 3G xidmətini “Azerfon” göstərməyə başlayıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2 noyabr 2011-ci il tarixində keçirilmiş kollegiya iclasında 3G mobil rabitə xidmətlərinin göstərilməsi üçün “Bakcell” və “Azercell” şirkətlərinə lisenziya verilməsi barədə qərar qəbul edilib. Bu aydan etibarən adı çəkilən mobil operatorlar da 3G xidmətləri göstərir.