ABŞ-ın "SpaceX" şirkəti "Falcon 9" raket daşıyıcısı ilə buraxılan "Starlink" minipeyklərinin yeni partiyasını kosmosa uğurla çıxarıb.
"ICTnews" Elektron Xəbər Xidməti "belta.by" saytına istinadən yazır ki, "60 Starlink peykinin uğurlu buraxılışı təsdiqlənib" – "SpaceX" şirkətinin nümayəndəsi deyib.
Minipeyklərdən ibarət qruplaşma planet əhalisinin yüksəksürətli internetlə təmini üçün şəbəkə yaratmağa imkan verəcək. Birinci mərhələdə – 2020-ci ilin sonunda ABŞ-ın cənubunda yaşayan sakinlər belə imkan əldə edəcəklər.
Emil Hüseynov