“Panasonic” korporasiyası Yaponiyanın smartfon bazarı hüdudlarından kənara çıxmaq niyyətindədir. “Reuters”in məlumatına görə, korporasiya hal-hazırda Avropanın ən böyük telekommunikasiya şirkətlərindən biri ilə danışıqlar aparır. Yaponiya korporasiyasının ilk smartfonlarının Avropada 2012-ci ilin yazında çıxacağı gözlənilir.