Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hibrit poçt ticarəti yaradılır
"Azərpoçt" MMC Azərbaycanda hibrit poçt ticarətinin tətbiqi imkanlarını nəzərdən keçirir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov bu barədə açıqlama verərək bildirib ki, elektron imzanın tətbiqi bu layihənin həyata keçməsinə şərait yaratmış olacaq. “Hibrit poçtla ticarət universal ticarətin yeni formasıdır, əsas vəzifəsi alınan malların haqqının poçt rabitəsi şöbələrində ödənilməsi imkanından ibarətdir. Başqa sözlə desək, elektron formada alınan əşyanın poçtla fiziki olaraq çatdırılması. Əvvəllər bu üsulla bir neçə xidmət aparılmaq istənilsə də, infrastrukturun tələblərə cavab verməməsi səbəbindən məsələ açıq qalıb”.
N.Məmmədov qeyd edib ki, hibrit poçt müvafiq operatorun biznes imkanlarının inkişafında ən perspektivli istiqamətlərdən biridir və bu sahənin ölkəmizdə inkişaf etdirilməsi nəzərdə tutulub.
22/06/11 Çap et