“PayPal”-ın sifarişi üzrə tədqiqat aparmış “Forrester” şirkəti mobil ödəniş xidmətlərinin sürətli inkişafını proqnozlaşdırır. Analitiklər bir sıra Britaniya biznes rəhbərləri ilə müsahibə zamanı alınmış informasiyaya əsaslanaraq bu qənaətə gəliblər.
“Forrester” qeyd edib ki, artıq hal-hazırda mobil telefon sahiblərinin təxminən yarısı satınalmaları 3 ay ərzində ən azı 1 dəfə öz aparatları vasitəsilə həyata keçirirlər. Belə ödəniş üsulunun məşhurluğu daim artır.
“Forrester” şirkəti hesab edir ki, 2016-cı ilə Avropa şəhərlərinin mərkəzi küçələrində mobil aparat vasitəsilə ödənişləri həyata keçirmək mümkün olacaq. Nağd pulu və kredit kartlarını üzərinizdə gəzdirməyə ehtiyac olmayacaq.
“NFC” (Near Field Communication – bir-birindən təxminən 10 sm məsafədə olan qurğular arasında məlumat mübadiləsi etməyə imkan verən simsiz yüksəktezlikli əlaqə sistemi) texnologiyasını dəstəkləyən smartfonların payının artması qeyd edilib. “NFC”-qurğular vasitəsi ilə satınalmaları və xidmətləri kontaktsız üsulla ödəmək olar.