Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” 2020-ci ildə 5G texnologiyasını dəstəkləyən “iPhone” modellərini təqdim edəcək


ABŞ-ın "Apple" korporasiyası 2020-ci ildə 5G texnologiyasını dəstəkləyən yeni "iPhone" modellərini təqdim edəcək. Bu haqda yanvarın 13-də şirkətinin məhsul üzrə analitiki Minq-Çi Kuo məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, onun sözlərinə görə, belə cihazlar cari ilin ikinci yarısında 5 ölkədə (ABŞ, Kanada, Yaponiya, Koreya və Böyük Britaniya) satışa çıxarılacaq. Analitik qeyd edib ki, şirkət 5G əhatə dairəsi zəif olan və ya belə imkan təklif etməyən ölkələrdə 5G-ni söndürə bilər.

 

Kuo deyib ki, "Apple" yeni modellərin buraxılışı üzrə plana düzəliş edir, amma 2020-ci ilin 3 və ya 4-cü rübünün əvvəlində tədarüklərə başlanıla bilər.

 

Emil Hüseynov






14/01/20    Çap et