Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xüsusi proqramla təchiz edilən səsli işıqforlar


Bakıda gözdən əlillərin yolu sərbəst keçməsi üçün mühüm rol oynayan səsli işıqforların sayının artırılmasına ehtiyac var. Bu barədə məlumat verən Gözdən Əlillər Cəmiyyətinin vitse-prezidenti Bəybala İbadullayev bildirib ki, paytaxtda gözdən əlillər üçün səsli işıqfor və yol işarələri quraşdırılır.”Bu istiqamətdə Azərbaycan Hökumətinin işini yüksək dəyərləndiririk, ancaq bu tip işıqforların sayı təkcə gözdən əlillərin ən çox yaşadığı Nərimanov rayonu ərazisində yox, bütün yerlərdə artırılsa, yaxşı olar” - deyə B.İbadullayev bildirib.
Qeyd edək ki, bu tip işıqforlar unikal işıqforlar sayılır. Belə ki, xüsusi proqramla təchiz edilmiş, piyadalar üçün nəzərdə tutulan işıqforların yaşıl işığı yandıqda xüsusi siqnal verir ki, bu da gözdən əlil üçün yaşıl işığın yanması deməkdir.
Xatırladaq ki, Azərbaycanda 400 mindən çox əlil var, onlardan 22,5 mini birinci qrup, o cümlədən 8,5 mini gözdən əlildir.




22/06/11    Çap et