Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Simsiz “Samsung” televizorlarının xüsusiyyətləri məlum olub


“Samsung” şirkəti “CES 2020” istehlak elektronikası sərgisində qabaqcıl televizorların nümayişi ilə yanaşı, buraxılışı planlaşdırılan yeni nəsil modellər barədə məlumat verib. Yeni televizorların əsas xüsusiyyəti kimi adi kabellərin olmaması qeyd olunur – onları hətta rozetkaya qoşmaq lazım gəlməyəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, yeni televizorlarda standart enerji kabeli əvəzinə, elektromaqnit induksiya prinsipindən istifadə ediləcək. Hazırda sınaq nümunələri test edilir. “Samsung” şirkətinin bəyanatına görə, mühəndislər ötürücü və televizor arasında maneələr olmadığı halda elektrik enerjisinin 2 metr məsafəyə simsiz ötürülməsinə nail olublar. Qurğunun digər spesifikasiyaları barədə məlumat verilmir.

 

Belə qurğunun yaradılması yenilik deyil – ilk dəfə elektrik enerjisini və 1080p təsvir ölçülü videosiqnalı ötürə bilən “WHDI” simsiz interfeysli “kabelsiz” televizor 10 il əvvəl “CES 2010” sərgisində nümayiş olunub. O vaxt texnologiyanın mükəmməl olmaması, istehsalın maya dəyərinin isə çox baha başa gəlməsi səbəbindən televizorun prototipi yaradılmayıb.

 

“Samsung” şirkətinin daha mükəmməl simsiz televizor modelini “CES 2021” sərgisində təqdim edəcəyi gözlənilir.

 

Nizam Nuriyev






16/01/20    Çap et