“Google” şirkətinin daxil olduğu “Alphabet” holdinqinin kapitallaşması 1 trilyon dolları ötüb.
Bu haqda “CNBC” televiziya şirkəti məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, məlumata görə, korporasiya ABŞ-ın 1 trilyon dollar bazar kapitallaşma göstəricisinə malik 4-cü şirkətidir.
Birinci yerdə “Apple”, sonrakı yerlərdə isə “Microsoft” və “Amazon” qərarlaşıb.
Emil Hüseynov