Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Firefox” səyyahının beşinci versiyası istifadəyə verilib


“Mozilla Foundation” təşkilatı “Firefox” məşhur səyyahının beşinci versiyasını istifadəyə verib. 5-ci versiyanı firefox.com saytından yükləmək mümkündür.
“Firefox 5” CSS-animasiyalı səyyahın yeni versiyasında HTML5, “Javascript” ilə iş yaxşılaşdırılmış və kompyuter resurslarının istifadəsi optimallaşdırılmışdır.
Nəzərə çarpan yeniliklərdən biri "Do-not-track" funksiyasıdır. Bu funksiya aktiv olduqda səyyah saytlara istifadəçinin ziyarət etdiyi resursları bölüşmək istəmədiyi xəbərini verir.
Ümumi olaraq “Firefox 5”-də əvvəlki, səyyahın 4-cü versiyası ilə müqayisədə 1000-dən çox müxtəlif düzəliş və yenilik var. Bundan başqa, həm də səyyahın xarici görünüşü dəyişilib.
Qeyd edək ki, “Firefox 4” 2011-ci ilin mart ayında istifadəyə verilib. Səyyahın 3.6versiyasından “Firefox 4”-ə keçid üçün 1 ildən çox vaxt sərf edilib. 4-cü versiyanın beta testi isə təxminən 8 ay davam edib. Son zamanlar “Mozilla”da səyyahın hazırlanması konsepsiyasını dəyişiblər və sabit quraşdırılmaları daha tez-tez istifadəyə verməyi planlaşdırırlar.




22/06/11    Çap et