Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “iPhone”nun məhsuldarlığı “MacBook Pro” ilə bərabər olacaq


“Apple” smartfonunun növbəti nəsli hesablama gücünə görə makbuklara yaxınlaşacaq. “MacWorld” nəşrinin redaktoru Ceyson Kross belə proqnoz verib. Onun məlumatına görə, “iPhone 12” smartfonu 5 nanometr texnologiya üzrə hazırlanmış “A14” prosessoru ilə təchiz ediləcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, yeni “iPhone” üçün çipi Tayvanın “TSMC” şirkəti istehsal edəcək. 7 nanometrdən 5 nanometr istehsal texnologiyasına keçid silisium kristalında 15 milyard tranzistor yerləşməsinə imkan verəcək: daha çox tranzistor yalnız ən qabaqcıl kompüter və server sinfinə məxsus qrafik kartlarda quraşdırılıb.

 

Daha yüksək takt tezliyi, 6 QB əməli yaddaş və “Apple” mühəndislərinin yeni arxitektura həlli sayəsində “iPhone 12”nin oyunlarda sürəti 50% artacaq. "Yeni “iPhone” Geekbench 5 testində çoxnüvəli rejimdə 5000 bal toplasa, mən təəccüblənmərəm" – Kross deyib.

 

"Məsələn, ən sürətli Android-smartfonlar bu testdə təxminən 3000 bal toplayır, 5000 qiymətləndirmə isə masaüstü kompüterlərin 6 nüvəli prosessorları və ya məhsuldar noutbuklarla müqayisə edilə bilər, jurnalist yazıb".

 

Emil Hüseynov






17/01/20    Çap et