Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kanadanın 4 şəhərində “5G” şəbəkəsi istifadəyə verilib


Kanadanın 4 ən böyük şəhərində “5G” şəbəkəsi istifadəyə verilib. Kütləvi bazar yaradılana kimi texnologiya B2B seqmentə hesablanacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, telekommunikasiya nəhəngi “Rogers” ölkədə ilk “5G” şəbəkəsini yaratmağa başlayıb. Şirkət “5G” şəbəkəsini Monreal, Ottava, Toronto və Vankuver şəhərlərində qurur. Hələ ki adi istifadəçilər şəbəkədən istifadə edə bilmir, çünki ölkədə “5G” dəstəkli qurğular kütləvi satılmır. Onların hesablamalarına görə, bu, 2020-ci ildə olmalıdır.

 

"5G Kanadada simsiz rabitənin işə salınması anından etibarən ən böyük texnoloji təkamüldür" – “Roger” şirkətinin nümayəndəsi deyib. Onlar deyiblər ki, şəbəkə filmi bir neçə saniyə ərzində smartfona yükləmək üçün lazım olan sürəti dəstəkləyəcək, həmçinin biznesə onlarla “ağıllı” qurğunu idarə etməyə imkan verəcək.

 

Emil Hüseynov






17/01/20    Çap et