Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni rentgen texnologiyası təqdim edilib


“Nanox” şirkəti yeni rentgen texnologiyasını təqdim edib ki, bu da rentgen aparatının dəyərini xeyli azaldacaq. Şirkət 2020-ci ildə 15 min belə qurğu hazırlamağı planlaşdırır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, Ümumdünya Səhiyyə Assosiasiyasının məlumatına görə, dünya əhalisinin üçdə ikisi rentgen aparatlarının qiymətinin baha olmasına görə rentgen texnologiyalarından istifadə edə bilmir. Avadanlığın qiymətinin əsas hissəsi şüa saçan elementi təhlükəsiz edən və pasiyentin sağlamlığına zərər vurmayan texnologiya əsasında formalaşır.

 

“Nanox” şirkəti bu problemin həllini və rentgen şəkillərini daha əlçatan etmək üsulunu təklif edib.

 

Bundan ötrü “Nanox” şirkəti qızmayan və stasionar borudan istifadə etməyən rəqəmli sistemdən istifadə edir. Qurğunun ən bahalı hissəsi rentgen “üzüyünü” saxlayan və pasiyentin bədəninin müxtəlif hissələrini skan edə bilən portaldır.

 

Emil Hüseynov






17/01/20    Çap et