Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni nəslin sosial şəbəkəsi


ABŞ-da istifadəçinin hara getdiyini, orada nə qədər müddət qalacağını və kimlə görüşdüyünü müəyyən edən texnologiya hazırlanıb. “Jyotish” sistemi İllinoys Universiteti nəzdindəki “Boeing” tədqiqat mərkəzi tərəfindən yaradılıb.

 

Sistemin fəaliyyət prinsipi insanların “Bluetooth” və “Wi-Fi” simsiz şəbəkələrinə qoşulmalarına nəzarət etməklə onların hərəkət trayektoriyasının izlənilməsinə əsaslanıb. Bu şəbəkələrin hərəkət radiusu müvafiq olaraq 10 və 100 metr olduğundan, istifadəçinin yerini dəqiq müəyyən etmək olar.

 

Əvvəlcə “Jyotish” sistemini yalnız aviasiya sənayesi zavodlarında personalın hərəkətinə nəzarət etmək üçün istifadə etmək nəzərdə tutulmuşdu. Lakin sonra tərtibatçılar ondan sosial şəbəkə yarana biləcəyini qərara alıblar: sistem iştirakçıları eyni marağa sahib dostlarının harada olduğunu biləcəklər.

 

Tədqiqatçılar 79 könüllüyə smartfon verərək sınaq keçiriblər. Smartfonları “Wi-Fi” və ya “Bluetooth” şəbəkəsinə qoşulduqda izləmək mümkün idi. “Jyotish” sisteminin bir neçə ay müddətində tətbiqi onun imkanlarını təsdiq edib.






26/11/11    Çap et