Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti netbuk istehsalından imtina edib


“Samsung” şirkəti 2012-ci ildə netbuk istehsalından imtina etməyi planlaşdırır. Bu barədə Fransanın “Blogeee.net” saytı guya Cənubi Koreya şirkətinin öz ticarət partnyorlarına göndərdiyi məktuba istinadən xəbər verib.

 

Məktubda bildirilib ki, “Samsung” şirkəti portativ kompyuterlər barəsində strategiyasına yenidən baxmaq niyyətindədir. 2012-ci ilin birinci rübündə şirkət 10,1 düymlü ekranlarla olan noutbuk xəttini öz çeşidindən çıxaracaq. “Samsung” şirkəti bu informasiyanı rəsmi təsdiq etməyib, lakin təkzib də etməyib.

 

Netbuklara adətən “İntel Atom” prosessoru əsasında və 7-12 düym diaqonallı ekranla olan portativ noutbukları aid edirlər. 10 düymlü ekranla olan modellər daha çox yayılıb. Ucuz qiymət və batareyadan uzun müddət işləmək netbukların əsas üstünlüyüdür.






26/11/11    Çap et