Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG” və “PRADA” yeni smartfon istehsal edəcəklər


“LG Electronics” şirkəti və “PRADA” modalar evi mobil telefon istehsalı ilə bağlı yeni əməkdaşlıq sazişi bağlayıblar. “LG” və “PRADA” 2006-cı ildə əməkdaşlığa başlayıblar və artıq 2007-ci ildə “PRADA Phone by LG 1.0” qurğusunu təqdim ediblər. Tərəflər o zaman bildirmişdilər ki, bu model ilk dəfə olaraq istifadəçilərə sensor ekran vasitəsilə idarəetmə imkanı təklif edib.

 

1 il sonra “QWERTY” klaviatura ilə olan “PRADA Phone by LG 2.0” telefonu işıq üzü görüb. Onun xüsusiyyəti ələ taxılan “Bluetooth-saat PRADA Link” idi. O, qurğunu çantadan və ya cibdən çıxarmadan gələn mesajları oxumağa və zəng edənin nömrəsini görmək imkanı yaradıb.

 

Hal-hazırda şirkətlər “PRADA Phone by LG 3.0” smartfonunu hazırlamağa başlayıblar. Bu qurğunun texniki xüsusiyyətləri haqqında informasiya hələlik yoxdur. “LG” və “PRADA” yalnız qeyd ediblər ki, yenilik satışa 2012-ci ilin əvvəlində çıxarılacaq.






26/11/11    Çap et