İngiltərədə sürücüsüz işləyən avtobusların sınaqlarına başlanılıb. Öncə nəqliyyat vasitəsi "Cribbs Causeway" ticarət mərkəzinin qapalı ərazisində, bundan sonra ümumi istifadə yollarında sınaqdan keçiriləcək.
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, "Cribbs Causeway" ticarət mərkəzində İngiltərədə ilk avtonom işləyən nəqliyyat vasitəsinin sınaqlarına başlanılıb. Bu avtobuslar hər gün səhər 10-dan axşam 4-dək ərazidəki sərnişinləri daşıyırlar.
"CAPRI" adlı layihə 2022-ci ilədək sürücüsüz işləyən avtobusları nəqliyyat sisteminə tətbiq etməyə ümid edən Akademik İnstitutlar İttifaqının nümayəndələri tərəfindən həyata keçirilir.
Avtobuslarda piyada, araba və velosipedlərlə dolu yerlərdə naviqasiya üçün datçik, radar, kompüter görmə sistemi tətbiq edilib. Bundan başqa tədqiqatçılar insanların avtonom nəqliyyat vasitəsinə reaksiyasını araşdıracaqlar və gələcəkdə sınaqlar ümumi istifadə yollarında keçiriləcək.
Emil Hüseynov