Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Prezident İlham Əliyev Davosda “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda "CISCO" şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerlə görüşüb.
Görüşdə "CISCO" şirkəti ilə Azərbaycanın uzun müddətdir müxtəlif sahələrdə əməkdaşlıq etdiyi bildirildi. Qeyd olundu ki, "CISCO" şirkəti hazırda Azərbaycanda prioritet istiqamətlər üzrə layihələr reallaşdırmaqdadır. Bu layihələrin bir çoxunun ilkin mərhələləri artıq həyata keçirilib.
Prezident İlham Əliyev "CISCO" şirkətinin Azərbaycan üçün önəmli tərəfdaş olduğunu qeyd etdi. Dövlətimizin başçısı bildirdi ki, bu şirkət üçün Azərbaycanda çox böyük biznes potensialı mövcuddur.
"CISCO" şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Kelli Kramer Azərbaycanda gedən inkişaf proseslərini yüksək qiymətləndirdi və şirkətlə ölkəmiz arasında uğurlu təcrübə mübadiləsinin aparıldığını bildirdi. Xanım Kelli Kramer qeyd etdi ki, Azərbaycan "CISCO" şirkəti üçün regionda ən önəmli ölkədir.
20/01/20 Çap et