Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Gartner”: 2022-ci ilədək “5G” smartfonlarının satış həcmi artacaq


“Gartner” tədqiqat şirkəti 2020-ci ildə smartfonların satış həcminin artımı ilə bağlı öz proqnozunu açıqlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, analitiklərin proqnozuna əsasən, 2020-ci ildə telefonların satış həcmi 2019-cu illə müqayisədə 1,7% artacaq.

 

Analitiklərin məlumatına görə, artım əsasən Çin və Asiya-Sakit okean regionunda inkişaf etməkdə olan bazarlardakı satış həcminin yüksək səviyyəsi ilə izah olunacaq.

 

Analitiklərin proqnozuna görə, 2020-ci ildə “5G” smartfonlarının bazar payı 12%, 2022-ci ildə isə 43% təşkil edəcək.

 

Lakin “5G” telefonlarının satış qiyməti azaldıqdan, onların populyarlığı artdıqdan sonra qlobal smartfon tədarükünün həcmi azalmağa başlayacaq.

 

Emil Hüseynov






22/01/20    Çap et