Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Clearview AI” texnologiyası ABŞ polisinə cinayətlərin araşdırılmasında kömək edir


ABŞ-ın hüquq-mühafizə orqanları sosial şəbəkə istifadəçilərini “Clearview AI” sifətin tanınması texnologiyası vasitəsilə identifikasiya edirlər. Proqram skan edilmə vasitəsilə “Facebook” və digər saytların istifadəçilərinin fotoşəkillərini analiz edərək onlardan istifadə hüququnu pozur. Bu barədə “The New York Times” nəşrinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, məlumata görə, ABŞ-ın 600-dən çox polis bölməsi cinayətlərin araşdırılması üçün bu texnologiyadan istifadəyə başlayıb. İstifadə üçün qiyməti 2 min dollar təşkil edən sistem bu şəkildə işləyir: şübhəli şəxsin fotoşəkili yüklənildikdən sonra “Clearview AI” əsas şəkli açıq istifadədə olan sosial şəbəkə fotoşəkilləri ilə müqayisə edir. Proqram, həmçinin əlavə reallıq eynəkləri ilə işləyərək insanın şəxsiyyətini dərhal müəyyənləşdirməyə imkan verir.

 

“Facebook” ilə yanaşı, “Clearview AI” sistemi “YouTube” fotoşəkillərini skan edir və 3 milyardadək şəkli emal edə bilir.

 

San-Fransisko və digər böyük şəhərlərin hakimiyyəti polisə texnologiyadan istifadəni qadağan etsə də, bir sıra bölmələrdə təhqiqatların aparılması zamanı ondan istifadə davam etdirilir.

 

“Clearview AI” sifətin tanınması sistemi əlavə risklər yaradır, çünki hüquq-mühafizə orqanları tərəfindən məxfi məlumatlar şirkətin cinayətkarların və ya fırıldaqçıların ələ keçirə biləcəyi serverlərinə yüklənilir. “Facebook” nümayəndəsinin sözlərinə görə, “Clearview AI” sistemi ilə bağlı araşdırmalara başlanılıb və şirkətin hüquqları pozulacağı təqdirdə müvafiq tədbirlər görüləcək.

 

Nizam Nuriyev






22/01/20    Çap et