Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BMT-nin rəhbərliyi “WhatsApp” messencerinin istifadəsindən imtina edib


BMT-nin baş katibi Antoniu Quterrişə işgüzar yazışmalarda "WhatsApp" proqramının istifadəsindən imtina etmək tövsiyə edilib. Bu haqda BMT-nin baş katibinin rəsmi nümayəndəsinin müavini Farxan Hak məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, "hazırda BMT-nin rəhbərliyinə "WhatsApp" messencerinin istifadəsindən imtina etmək tövsiyə edilib. Mən baş katibin həmin proqram təminatından istifadə etdiyini düşünmürəm" – Hak deyib.

 

Bununla belə o, 2018-ci ilin mayında "WhatsApp" messenceri üzərindən "Amazon"un direktoru və "The Washington Post" qəzetinin sahibi Ceff Bezosun telefonuna müdaxiləsi ilə bağlı şərh verməyib. O, informasiyanın təfərrüatı ilə araşdırılmasının vacibliyini və bu hadisənin inkişafının BMT-nin diqqət mərkəzində olduğunu vurğulayıb.

 

Emil Hüseynov






24/01/20    Çap et