Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Wi-Fi” şəbəkələrinə kompyuterdən çox, mobil qurğu qoşulur
Mobil qurğular - planşetlər və smartfonlar “Wi-Fi” şəbəkəyə giriş üzrə kompyuterləri ötüblər. Bu barədə Meraki “bulud” provayderinin tədqiqatında bildirilib.
Bu, mobil qurğuların internetə girişin daha məşhur üsul olmasının açıq-aşkar təsdiqidir.
Meraki məlumatlarına əsasən, 2010-cu ildə “Windows” və “Mac OS X” ilə kompyuterlərin payına “Wi-Fi” şəbəkəyə giriş üçün 64% qurğu düşüb.
Eyni vaxtda “iOS” (iPhone, iPod) platformasında 32% qurğu vasitəsilə internetə çıxış üçün “Wi-Fi” şəbəkəsindən istifadə edilib.”Android”in payına cəmi 1 % düşüb. 1 il sonra iPad planşetinin məşhurluğunun artması nəticəsində “İOS” və “Android” əsasında qurğuların payı 58%, “MacOS X” və “Windows”un payı isə 36 % olub. Meraki bu yaxınlardakı tədqiqatında ABŞ-ın ictimai və təhsil “Wi-Fi” şəbəkələrinə qoşulmuş 100 000 qurğunu tədqiq edib.
“iPhone” 32% ilə “Wi-Fi” şəbəkəsinə giriş üçün ən məşhur qurğu olub. “Android” 11 % nəticə göstərib.
“Meraki”nin marketinq üzrə direktoru Kiren Sekar “Wi-Fi”-ya qoşulmuş kompyuterlərin artımının davam edəcəyinə, lakin mobil qurğu qoşulmalarının artım sürətinin yuxarı olacağına əmindir.
22/06/11 Çap et