Yaponiyanın “Nikkei Business Daily” gündəlik nəşrinin məlumatına əsasən, “Panasonic” korporasiyası smartfonlarını Yaponiya hüdudlarından kənarda satmağı planlaşdırır. Bundan əlavə, “Panasonic”, həmçinin Şimali Amerika və Asiya bazarlarında satışlara başlamaq haqqında danışıqlar aparır.
İndiyə kimi “Panasonic” aparatlarının əsas satış bazarı Yaponiya olub. Həmçinin, qeyd edək ki, bu bazarda şirkətin qurğularına tələbat da böyük olub. 90-cı illərin sonlarında şirkət öz mobil telefonlarını Avropa və Rusiyaya tədarük edib, lakin şirkətin aparatları tələbatlı olmayıb və “Panasonic” onların ixracından imtina etməyə qərar verib.
“Nikkei” qəzeti bildirib ki, “Panasonic Mobile Communications” bölməsi hal-hazırda Avropa və Amerika bazarları üçün nəzərdə tutulmuş “Google Android” əsasında olan smartfonlar hazırlayır. Bundan əlavə, şirkətin planına əsasən, “Panasonic” korporasiyası 2014-2015 maliyyə ilində beynəlxalq bazarda 7,5 milyon smartfon satmalıdır.