Noyabrın 23-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Texniki Universitetinin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatları, ali təhsil ocaqlarının rektorları, təhsil işçiləri və xaricdən dəvət olunmuş qonaqlar iştirak edirdilər.
Tədbir Azərbaycan Respublikasının dövlər Himni ilə başlayıb. Tədbirdə iştirak edən Təhsil naziri Misir Mərdonov çıxış edərək, Prezident İlham Əliyevin adından AzTU-nun professor-müəllim heyətini, bütün əməkdaşlarını, tələbələrini, məzunlarını təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə respulikamızda təhsilin inkişafında və mühəndis kadırlarının hazırlanmasındakı xidmətlərinə görə AzTU-nun rektoru, professor Havar Məmmədov “Şöhrət” ordeni ilə və AzTU-nun bir qrup əməkdaşları--- 18 nəfər “Tərəqqi” medalına, 3 nəfər “Əməkdar elm xadımi”, 16 nəfər “Əməkdar müəllim”, 8 nəfər “Əməkdar mühəndis”, 1 nəfər “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına və bir qrup əməkdaşları isə Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanlarına layiq görülmüşdür.
Tədbirdə mükafatlar sahiblərinə təqdim olunmuşdur. Milli Məclis sədrinin müavini Bahar Muradova parlamentin sədri Oqtay Əsədovun universitetin kollektivinə təbrik məktubunu oxumuşdur. Eyni zamanda Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrin ali təhsil müəssisələrindən AzTU-nun 60 illik yubileyi münasibətilə göndərilmiş təbrik məktubları da oxunmuşdur.
Sonra AzTU-nun rektoru, professor Havar Məmmədov elm və təhsilimizə, sənayemizə, iqtisadiyyatımıza böyük töhfələr verən AzTU-nun fəaliyyətindən, inkişaf mərhələlərindən geniş məlumat vermişdir.
Sonda çıxış edən natiqlər, AzTU-nun inkişafından, Respublikamızada texniki kadırların hazırlanmasıdakı böyük rolundan danışdılar və universitetin əməkdaşlarını, professor-müəllimlərini, tələbələrini təbrik edib, gələcək elmi fəaliyyətlərində uğurlar arzuladılar.