Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” ixtisarlara hazırlaşır


“Microsoft” korporasiyası növbəti ayda işçi heyətini azaldacaq. Bu barədə dünyada ən böyük proqram təminatı istehsalçısının işçilərə göndərdiyi elektron məktubunda bildirilib.
Məktubda ixtisarların “Microsoft”un yenidən strukturlaşdırılması çərçivəsində baş tutacağı bildirilib.
İxtisarların sayı naməlumdur, amma şirkətin bir çox əməkdaşları iş yerinin itirilməsindən narahatdırlar.
“Microsoft”un mətbuat xidməti bu informasiyanı şərh etməyib. Hal-hazırda korporasiyada bütün dünya üzrə təxminən 90 min insan işləyir.
Maraqlıdır ki, nəhəng İT şirkətləri bir-birinin ardınca ixtisarlar etməyə başlayıb. Bu gün RİM şirkəti də personalın ixtisarına başlayıb. “BlackBerry” smartfonlarının istehsalçısı əməkdaşlara müvafiq xəbərdarlıqlar göndərməyə başlayıb. Hələ ki şirkətdə 17,5 min insan çalışır.




22/06/11    Çap et