Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa İttifaqı süni intellekt üçün öz prosessorunu hazırlayır


ABŞ-ın mikroprosessor sənayesində inhisarçılığı tədricən ləğv edilir. Çin və Rusiyadan sonra Avropa İttifaqı da öz prosessorunu hazırlayır. “European Processor Initiative” (EPI) çərçivəsində məhsuldar proqramlar üçün prosessor hazırlanır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “igromania.ru” saytına istinadən yazır ki, “EPI”nin direktoru Jan-Mark Denisin məlumatına görə, prosessor 6 nanometrlik texnologiya üzrə hazırlanacaq. Sözügedən prosessor cari ilin sonunda, yaxud gələn ilin əvvəlində təqdim ediləcək. “Zeus” adlandırılacaq prosessor “ARM” bazasında hazırlanacaq, amma öz arxitekturasına malik olacaq.

 

Emil Hüseynov






29/01/20    Çap et