Noyabrın 26-da qadın voleybol komandaları arasında Super Liqa yarışları başlamışdır. İlk olaraq “Rabitə” klubu “Lokomotiv-Biləcəri” komandası ilə qarşılaşmışdır. Bakı İdman Sarayında keçirilən oyun “Rabitə”nin 3:0 (25:10, 25:23, 25:10) hesablı üstünlüyü ilə başa çatmışdır.