Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kommersiya yönümlü dronlar bazarının həcmi ildə 36% yüksələcək


"Technavio" analitiklərinin məlumatına görə, kommersiya yönümlü qlobal pilotsuz uçan aparatlar bazarının həcmi hər il 36%-dən çox artaraq 2024-cü ildə 20,39 milyard dollar təşkil edəcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, proqnoza əsasən, bu bazarda artımın təxminən 42%-i Şimali Amerikanın payına düşəcək. Bu region kommersiya istifadəsi üçün nəzərdə tutulmuş dronların satışı üzrə ən böyük bazardır.

 

Mütəxəssislər bildirirlər ki, kommersiya yönümlü dronlar bazarının inkişafı bu sahədə texnoloji innovasiyaların inkişafı, həmçinin pilotsuz uçan aparatlardan istifadə senarilərinin artımı ilə izah edilir.

 

"IDC" analitiklərinin proqnozuna görə, 2020-ci ildə robot-texnika sistemləri və dronlar üzrə qlobal xərclər 17%-dən çox artaraq 128,7 milyard dollara yaxınlaşacaq.

 

Emil Hüseynov






30/01/20    Çap et