Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple”ın direktoru “iPhone” smartfonunun “5G” versiyasının olmamasını izah edib


“5G” texnologiyasının inkişafı bir çox smartfon istehsalçılarını öz cihazlarını yeni nəsil modemlərlə təchiz etməyə məcbur edir. Ötən il çoxlu belə qurğu təqdim edilsə də, ancaq “Apple” yeni mobil şəbəkələr dövrünə daxil olmağa tələsmir. “Apple” korporasiyasının direktoru Tim Kuk bu vəziyyətin səbəbləri barədə jurnalistlərə məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Apple” şirkətinin baş direktoru Tim Kuk son maliyyə hesabatı zamanı analitiklərin “alma” şirkətinin beşinci nəsil mobil şəbəkələrlə bağlı planları haqqında sualını cavablandırıb. O, rəqib şirkətlərin artıq belə qurğular təqdim etməsini etiraf edib, ancaq “5G” texnologiyasının hələ başlanğıc mərhələsində olduğunu bildirib.

 

"Dünyada “5G” texnologiyasının yayılması tempinə diqqət yetirsək, o zaman fərqlər olduğu müəyyən olunur. Bunu həmçinin nəzərə almaq lazımdır" – Kuk deyib.

 

Emil Hüseynov






30/01/20    Çap et