Microsoft korporasiyası Azərbaycanda informasiya texnologiyaları sahəsində çalışan mütəxəssislər üçün seminar keçirib. SİA-nın xəbərinə görə, seminarın məqsədi Azərbaycan mütəxəssislərini Microsoft-un Windows Phone, Windows Azure kimi son məhsullarılə, həmçinin HTML 5.0 ilə tanış etmək idi.
Seminar zamanı mobil qurğular üçün nəzərdə tutulan Windows Mobile əməliyyat sistemi haqqında da geniş məlumat verilib. Müxtəlif əlavələri hazırlaya bilən proqramçılar, o cümlədən azərbaycanlı proqramçılar üçün imkanlar təqdim olunub.
Azərbaycan mütəxəssisləri həmçinin HTML standartının yeni versiyası haqda məlumat əldə ediblər. HTML standartının yeni versiyası bir sıra üstünlüklərə malikdir və internet-səhifələrdə multimedia servislərinin yaradılması prosesini asanlaşdırır və 3D texnologiyalar üçün imkanlar yaradır.