Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” böyük məbləğdə cərimələnib


Los-Anceles Məhkəməsi "Apple" və "Broadcom" şirkətlərini "wi-fi" texnologiyası üzrə dörd patent hüququnun pozulmasına görə 1,1 milyard dollar məbləğində cərimələyib. Bu məbləğ tarixdə patent mübahisələri ilə bağlı işlərdə ən böyük cərimələrdəndir. Qərara görə, "Apple" 837 milyon dollar, "Broadcom" 270 milyon dollar ödəyəcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, iddiaçı qismində "iPhone", "iMac", "iPad", "HomePod", "AirPort" və "Apple Watches" qurğuları üçün mikroprosessorlarda istehsalçı şirkət "Broadcom" tərəfindən patentləşdirilmiş texnologiyaların istifadəsini aşkarlayan Kaliforniya Universiteti çıxış edib.

 

Məhkəmə dinləmələri 2016-cı ildən davam edib. İddiaçının nümayəndələri məhkəmənin qərarından razı qalaraq hakimlərin işə diqqətlə yanaşdığını qeyd ediblər. Həmçinin vurğulanıb ki, qeyri-kommersiya təşkilatı olan universitetin tədqiqatların davam etdirilməsi üçün pul vəsaitlərinə ehtiyac duyması ilə əlaqədar intellektual mülkiyyətini qoruyur.

 

Hər iki şirkət qərardan şikayət verəcəyini bəyan edib. "Broadcom" nümayəndələrinin sözlərinə görə, onlar qərar üçün faktiki və qanuni əsaslarla razı deyillər. Öz növbəsində "Apple" nümayəndələri məsələyə münasibət bildirməkdən imtina etsələr də, məhkəmə dinləmələri zamanı şirkət tərəfindən "Broadcom" məhsullarının satın alınmasına görə ittihamın onlara aid olmadığını qeyd ediblər.

 

Nizam Nuriyev






31/01/20    Çap et