“Windows 10” sisteminin növbəti yeniləməsində “Paint” və “WordPad” proqramlarını silmək mümkün olacaq. Bu haqda sözügedən yeniləmənin beta-versiyası ilə tanış olmuş “Windows Latest” nəşri məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, jurnalistlərin məlumatına görə, “Microsoft” şirkəti ilk dəfə olaraq bu proqramları silməyə imkan verəcək. Müvafiq seçim “Windows 10 20H1” yeniləməsində əlçatan olacaq. Bu halda sözügedən redaktorlar əvvəllər olduğu kimi əməliyyat sisteminin quraşdırılması vaxtı əlçatan olacaq. Yeni yeniləmənin aprel və ya mayda təqdim ediləcəyi gözlənilir.
İstifadəçilər hər iki proqramı əməliyyat sistemindən silmək hüququna yiyələnəcəklər. Bunun üçün həmin proqramların fayllarını silmək və kompüteri yenidən yükləmək lazım olacaq. Nəşrin məlumatına görə, “Microsoft Paint” proqramının həcmi təxminən 7 MB, “WordPad” mətn redaktorunda isə 6 MB təşkil edir.
“Paint” ən köhnə proqramlardan biridir, qrafik redaktorun birinci versiyası 1985-ci ildə “Windows 1.0” əməliyyat sistemində istifadəyə verilib. Sadələşdirilmiş “WordPad” mətn redaktoru “Windows 95”dən başlayaraq “Microsoft”un əməliyyat sisteminin dəstinə daxildir.
Emil Hüseynov