Dünyada “5G” texnologiyası yalnız indi tətbiq edilməyə başlayır, amma Çində artıq növbəti nəsil şəbəkəsinin hazırlanmasına başlayıblar. Hərçənd yaxın illərdə “6G” texnologiyasının istismara verilməsi gözlənilmir, ancaq bəzi ekspertlər istifadəçiləri gələcəkdə nə gözlədiyi ilə bağlı proqnoz veriblər.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, Sidney Universitetinin mütəxəssisi Mahyar Şirvanimoqaddam əmindir ki, altıncı nəsil şəbəkələrində məlumatların ötürülmə sürəti “5G” ilə müqayisədə 8000 dəfə daha yüksək olacaq. Onun fikrincə, informasiya 1 TB/s və ya 8000 Qbit/s sürətlə ötürüləcək ki, bu da internetdən istifadə üzrə tamamilə yeni senarilər formalaşdıracaq. Məsələn, insan beynini birbaşa qlobal şəbəkəyə qoşmaq mümkün olacaq.
Altıncı nəsil şəbəkələrinin iddia edilən imkanlarını təsəvvür etmək üçün bilmək lazımdır ki, 1 saniyə ərzində 142 saatdan çox yüksək keyfiyyətli 4K videosu yükləmək mümkün olacaq.
Emil Hüseynov