Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BlackBerry” smartfonlarının buraxılışı dayandırılacaq


"TCL Communications" şirkəti "BlackBerry" brendinin fəaliyyətinin dayandırılmasını açıqlayıb. Bu barədə "BlackBerry Mobile" şirkətinin "Twitter" səhifəsində deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, bəyanata görə, bu il "BlackBerry" mobil brendinin fəaliyyəti dayandırılacaq. Bu brendli qurğuların istehsalı hüququna malik "TCL Communications" şirkəti 31 avqust 2020-ci ildən sonra smartfonların satışını dayandıracaq. Şirkət 31 avqust 2022-ci ilədək "BlackBerry" istifadəçilərinə texniki xidmət göstərəcək.

 

"BlackBerry" brendi 2016-cı ilin dekabrından qurğuların buraxılışı və satışı hüququna malik "TCL Communications" şirkətinə məxsusdur. Bundan əvvəl "BlackBerry" şirkəti smartfonların istehsalından imtina edərək proqram təminatına üstünlük verib.

 

"BlackBerry" telefon və smartfonları biznes üçün nəzərdə tutulması, fərdi məlumatların mühafizəsi və fiziki "QWERTY" klaviaturası kimi xüsusiyyətləri ilə seçilir. "BlackBerry" markalı ilk qurğu 1997-ci ildə "Research In Motion" şirkəti tərəfindən buraxılıb.

 

Nizam Nuriyev






04/02/20    Çap et