Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“YouTube” videohostinqinin mənfəəti məlum olub


2019-cu ilin son üç ayı ərzində dünyanın ən böyük videohostinqi “Google” şirkətinə təxminən 5 milyard dollar mənfəət qazandırıb. Bu haqda “Alphabet”in maliyyə hesabatından məlum olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “YouTube” təxminən 15 ildir axtarış sisteminə məxsusdur, ancaq əvvəllər şirkət heç vaxt videohostinqdən əldə etdiyi gəliri açıqlamırdı. 2006-cı ildə “Google” şirkəti 1,65 milyard dollara “YouTube”u satın almışdı.

 

Hesabata əsasən, 2019-cu ildə videohostinqin reklam gəliri 15 milyard dollar təşkil edib. 2018-ci illə müqayisədə “YouTube”un gəliri 36,5% yüksəlib.

 

Emil Hüseynov






04/02/20    Çap et